“Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə - ELAN

“Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə - ELAN

 

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası,
 "Olimpiya dünyası” qəzeti ilə birgə

"Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə
ELAN EDİR


Mövzu:"Ədalətli oyun ruhu”
Müsabiqənin şərtləri:

Fotoşəkillər idmanda, gündəlik həyatda, təhsildə, adi mühitdə ədalətlilik,bərabərlik, həmrəylik, dürüstlük,dostluq, harmoniya, tolerantlıq, hörmət, komanda ruhu xüsusiyyətlərini özündə əks etdirməlidir;
Fotolar JPG və RGB formatında olmalı, ölçüsü 4 MB-dən artıq (72 dpi) olmamalıdır. Məsləhət görülən ölçü formatı: 300 dpi (= 3543x2362)
Şəkillər rəngli və ağ-qara formatda ola bilər;
İştirakçılar müsabiqəyə qeyd olunan mövzu üzrə istənilən sayda fotoşəkillə qatıla bilərlər;
Fotolar real hadisəni əks etdirməli, müsabiqə mövzusunun tələblərinə uyğun olmalı, hər hansı kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir;
Müəlliflər etik dəyərlərə və prinsiplərə əməl etməlidirlər. Əks halda fotolar müsabiqədən kənarlaşdırılacaqdır;
Fotoşəkil göndərilərkən elektron poçt ünvanında müsabiqə iştirakçısının adı, soyadı,əlaqə nömrəsi qeyd olunmalıdır;
Fotolar 25 aprel 2022-ci il tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir;
Son müraciət tarixindən sonra daxil olan fotolar qeydə alınmayacaqdır;
Qalib və mükafatçılarla elektron poçt ünvanı və qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxlanılacaq. Üç iş günü ərzində cavab verilməzsə, həmin foto qalib olmaq hüququndan məhrum edilərək yeni qalib müəyyənləşəcək;
Müsabiqə qaliblərinin adları və fotoları KİV-lərdə, sərgilərdə və sosial media səhifələrində təqdim ediləcəkdir;
Müsabiqə qaliblərinin elanı:
30 aprel 2022-ci il;


Mükafatlar:

I yer-200 AZN;

II yer-150 AZN;

III yer-100 AZN;


Bütün iştirakçılara MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat təqdim ediləcək, qaliblərə, 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək;

Əlaqə nömrəsi:

055 709-95-57; 077-325-09-34
012 440- 14- 93

Elektron poçt:

[email protected]