Superağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb. Hadisə San-Fransiskodan Floridaya uçuşdan əvvəl baş verib. Arxa oturacaqdakı sərxoş sərnişin dəfələrlə Taysona söz atıb. 55 yaşlı idmançı həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etsə də, bunun faydası olmayıb. Nəticədə "Dəmir Mayk" sərnişinin sifətinə yumruq zərbələri endirib. Sərxoş sərnişin üzündən xəsarət alıb. Tayson isə təyyarədən uzaqlaşdırılıb.
Çempion azarkeşi döyüb, yolundan qaldı