Messi 2023-cü ildə ABŞ təmsilçisinə keçəcək, klubun səhmlərini alacaq

Messi 2023-cü ildə ABŞ təmsilçisinə keçəcək, klubun səhmlərini alacaq

Fransa PSJ-sinin və Argentina millisinin futbolçusu Lionel Messi 2023-cü ildə ABŞ-ın "İnter Mayami" klubuna keçəcək.

OlimpNews.az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu MLS təmsilçisinin səhmlərinin 35 faizini də alacaq.

Forvard İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq oyunçusu Devid Bekhemə məxsus olan franşizaya qoşulmaq niyyətindədir. Messi 2022/2023 mövsümünün sonunda Paris komandasından ayrılacaq.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin yayında İspaniya "Barselona"sını PSJ-yə dəyişib.