ADBTİA və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

ADBTİA və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

BOK

19.05.2022, 15:38

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Litva İdman Universitetinin (LSU) rektoru professor Diana Reklaytiyene ilə görüş olub. Görüş zamanı qonağa ADBTİA-nın fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, daha sonra Elmi-tədris laboratoriyası və Multimedia mərkəzinə baxış keçirilib. Qonaq hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumatlandırılıb.

Litva İdman Universitetinin rektoruna ADVTİA-da təlim-tədris fəaliyyəti barədə ətraflı məlumat verilib, tələbə mübadiləsi, ikili diplom proqramları, elmi-tədris fəaliyyətinin birgə və səmərəli təşkili məsələləri müzakirə olunub.

Görüşün sonunda ADBTİA və İdman Akademiyası və Litva İdman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR