Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.
"Report"a istinadən bildirir ki, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.
İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov isə Milli Məclis Aparat rəhbərinin müavini təyin olunub.
Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova da həmin şöbənin müdiri vəzifəsinə təyinat alıb.