Cüdo üzrə qadınlardan ibarət yığma komandamız 10 nəfərlik heyətlə Almaniyanın Köln şəhərində təlim-məşq toplanışına başlayıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığmamızla yanaşı, Niderland, Almaniya, İngiltərə, Kosovo və digər ölkələrin qadın cüdoçuları da beynəlxalq təlim-məşq toplanışında iştirak edir.
Komandaya məşqçilər Elnur İsmayılov və Kifayət Qasımova rəhbərlik edir. Millimiz daha sonra - iyunun 13-18-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.