Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Avqustun 14-də Azərbaycan təmsilçiləri 11 idman növündə güclərini sınayacaqlar. Ağırlıqqaldırma yarışlarında Elnurə Abbasova (71 kq), Anastasiya Mum (76 kq) və Kamran İsmayılov (89 kq) körpücük üzərinə çıxacaqlar. Qadın həndbolçulardan ibarət Azərbaycan millisi finalda Türkiyə yığması ilə qarşılaşacaq. Həm kişi, həm də qadın voleybolçulardan ibarət milli komandalarımız İran yığmaları ilə yarımfinal mərhələsində mübarizə aparacaqlar. Kişilərdən ibarət 3x3 basketbol üzrə millimiz Qırğızıstan, qadınlardan ibarət seçməmiz isə Türkiyə ilə qarşılaşacaq. Bədii gimnastlarımız Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova ayrı-ayrı alətlər üzrə final mərhələlərində güclərini sınayacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız isə 3 lent və 2 top, 5 halqa ilə final proqramlarını təqdim edəcəklər.
Aerobika gimnastlarımız Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlük, həmçinin duet Xoşqədəm Quliyeva ilə birgə trio qrupunun finalında mübarizə aparacaq.
Stend atıcılığının skit reytinq atışı növündə Fuad Qurbanov, Cavid Həsənov, Niyaz Ağazadə, Nurlana Cəfərova, Rigina Meftahətdinova və Sevda Nəcəfova yarışacaqlar.
Paralimpiyaçılar arasında keçirilən stolüstü tennis yarışlarında qadınların fərdi mübarizəsində Dinarə Sunceleyeva medallar uğrunda mübarizə aparacaq.
Bu gün Konya-2021-də qılıncoynatma yarışlarına start veriləcək. İlk olaraq Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiroviç və Səbinə Kərimova mübarizəyə başlayacaqlar.
Kişi və qadın üzgüçülərimiz bu gün müxtəlif məsafələrə üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
Futbol üzrə Azərbaycan millisi yarışın yarımfinal mərhələsi çərçivəsində Türkiyə seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, 9 günün nəticəsinə əsasən, Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medal qazanıb. Ölkə medal sıralamasında bu nəticə ilə Türkiyə, İran və Özbəkistandan sonra 4-cü yerdədir.
Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.
Bu gün Azərbaycan təmsilçiləri V İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə güclərini sınayacaqla