Cüdoçumuz qitə çempionatının gümüş medalına sahib çıxdı

Cüdoçumuz qitə çempionatının gümüş medalına sahib çıxdı

BOK

16.09.2022, 01:26

Azərbaycan cüdoçusu Turan Bayramov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb. Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda polşalı Ksaveri İqnasyaka məğlub olaraq Avropa çempionatını ikinci pillədə başa vurub.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR