Boksçularımız beynəlxalq turnirdə 11 medalla birinci yeri tutdu

Boksçularımız beynəlxalq turnirdə 11 medalla birinci yeri tutdu

Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub. 16 ölkənin iştirakı ilə təşkil olunan yarışa 13 boksçu ilə yollanan millimiz turniri 7 qızıl və 4 bürünc medalla başa vurub. Yarışın sonuncu - final günündə milli komandanın 7 boksçusu rinqə çıxıb. Boksçularımızın hər biri həlledici döyüşü qələbə ilə başa vurub. Təmsilçilərimizdən Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) məğlub edərək qızıl medala layiq görülüb. Millimizin aktivinə bürünc medalları isə Ruslan Qədirov (57 kq), Sərxan Əliyev (71 kq), Eldar Quliyev (86 kq) və Rauf Rəhimov (92 kq) yazdırıblar.

Beləliklə, yığmamız bu göstərici ilə kişilərin yarışında komanda hesabında birinci olub.