Boksçumuz İspaniyada növbəti döyüşünü də qələbə ilə başa vurdu

Boksçumuz İspaniyada növbəti döyüşünü də qələbə ilə başa vurdu

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı keçirilir. 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Yarışda iştirak edən millimizin üzvü Sənan Hətəmov ikinci döyüşünə çıxıb. 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz bu dəfədə rinqdən qalib ayrılıb. İlk görüşdə Neri Kanavirini (Boliviya) mübarizədən kənarlaşdıran boksçumuz on altıdabir final çərçivəsində kanadalı Yakub Blaislə üz-üzə gəlib. Gərgin keçən döyüşdə təmsilçimiz rəqibini 4:1 hesabı ilə məğlub edib.
1/8 finala vəsiqə qazanan imançımızın bu mərhələdəki rəqibi qazaxıstanlı Nurbek Mursal olacaq. 
Qeyd edək ki, yarışın qalibləri noyabrın 25-26-da müəyyənləşəcək.