Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər

BOK

18.11.2022, 18:14

Cüdo üzrə qadınlardan ibarət milli komandamız Albaniyanın Qolem şəhərində  təlim-məşq toplanışında iştirak edir. Noyabrın 13-dən başlayan toplanışda yığmamızın 9 üzvü hazırlıq səviyyəsini artırır. Hazırlıq prosesində İsveçrə, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya, Finlandiya, Bolqarıstan, Yunanıstan, Çexiya, Macarıstan və digər ölkələrdən 100-ə yaxın idmançı iştirak edir. Cüdoçularımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Kifayət Qasımova rəhbərlik edirlər. Hazırlıq prosesinə noyabrın 23-də yekun vurulacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR