“Barselona” Superkubokda “Real”a rəqib oldu

“Barselona” Superkubokda “Real”a rəqib oldu

Ötən gecə İspaniya Superkubokunda ikinci finalçının adına aydınlıq gəlib. Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən matçda “Barselona” klubu “Betis”lə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda tərəflər hərəyə bir dəfə fəqləniblər. İkini finalçınn adına penaltilər seriyasında aydınlıq gəlib. Penali zərbələrində dəqiq olan (4:2) “Barselona” komandası fianal vəsiqə qazanıb. Kataloniyalılar bununla yeni rekord müəyyənləşdiriblər. Belə ki, “Barselona” klubu tarixində 25-ci dəfə Superkubok uğrunda görüşə çıxacaq. Eyniadlı şəhərin komandası finalda bu baxımdan ən yaxın izləyicisi olan “Real”la (Superkubokda 18 matç) üz-üzə gələcək.

Qeyd edək ki, “Barselona” ilə “Real” arasındakı görüş yanvarın 15-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq.