BCF Akademiyasının məşqçilik üzrə sertifikat proqramı başa çatdı

BCF Akademiyasının məşqçilik üzrə sertifikat proqramı başa çatdı

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində yekun təlimlər və imtahanlar keçirilib. Azərbaycan Cüdo Federasiyasının Akademiya ilə 2022-ci ilin martından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Altmış səkkiz məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. BCF Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.