Milli Olimpiya Komitəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Olimpizm xəbərləri
03.03.2023, 16:30
Milli Olimpiya Komitəsinin inzibatı binasında ümümmilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Tədbirdə 1995-ci ildə Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşündə ulu öndərin tarixi çıxışını izləyən idmançılar, məşqçilər və idman xadimləri bir araya gəliblər. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, tanınmış idman veteranları və mütəxssislərinin, media nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyevin Azərbaycan idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub. tədbir iştirakçıları həmin günə aid tarixi kadrları böyük maraqla izləyiblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevlə olan gürüşlərlə bağlı maraqlı anlardan danışılıb. İlk olaraq,1995-ci il martın 5-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Olimpiya çempionu Nazim Hüseynov o tarixi günə dair xatərələrini bölüşüb. Həmin tarixdə bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu şərəfli tarixi gündən əsasını götürən və ölkəmizdə indi də böyük uğurla davam etdirilən idmanın və Olimpiya Hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur və fərəh hissindən danışıb: “Ulu öndər Heydər Əliyev Azərbaycan idmanına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ancaq, onun Azərbaycan idmanına göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə MOK-un rəhbərliyinitəklif etməsi olub”.
Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimizin xatirələri də tədbir iştirakçılarının diqqətini çatdırılıb. Avstraliyada yaşayan atıcılıq üzrə dünya çempionatının 3 qat gümüş mükafatçısı Valeri Timoxinin,Rusiya Federasiyasında yaşayan voleybol üzrə 2 qat Olimpiya çempionu, 3 qat Avropa çempionu, həmyerlimiz İnna Rıskalın, ABŞ-da məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma idman növü üzrə dünya çempionu, 5 qat SSRİ çempionu Samir İbrahimovun umunmilli lider Heydər Əliyevlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb. Tədbirdə səmimi xatirələrini bölüşən MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, Əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin Əməkdar məçqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, 3 qat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva, Əməkdar məşqçi İsmayıl İsmayılov, İslam Həmrəyliyi Oyunlarının qalibi Fəridə Əzizova da ümumilli lider Heydər Əliyevin Azərbaycan idmanına və idmançılara göstərdiyi diqqət və qayğı ilə bağlı fikirlərini bildiriblər. Onlar qeyd ediblər ki,ölkəmizdə idman və Olimpiya Hərəkatı dövlətin, şəxsən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.
Gənc idmançıların Azərbaycanın şanlı idman salnaməsini yazan veteran idmançıları alqışlarla qarşılaması isə tədbirə xüsusi rəng qatıb. Ümümmilli lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü tədbirində 2022-ci ilin yekunları ilə bağlı 5 naminasiya üzrə "Ədalət prinsiplərinə sadiq” olanların mükafatlandırma mərasimi də keçirilib. Könül Mahmudova Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı, Taleh Ziyadov Ədalətli Oyunlar prinsiplərinəsadiq idman xadimi, Asif Məlikov Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi, Qurban Qurbanov Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi, Eldəniz Əzizli isə Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı nominasiyaları üzrə mükafata layiq görülüblər. Bundan başqa stolüstu tennis üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya Hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom təqdim olunub. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik güləşi oyunlarının bürünc medalı təqdim edilib. Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı yeni, fərqli formatda keçirilən tədbir MOK və İdman Azərbaycan Televiziyası ilə birgə təşkil olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları