Kapralos: "Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki..."
BOK
08.06.2023, 20:37
Bunu Bakıda səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralos jurnalistlərə açıqlamasında deyib. Funksioner bildirib ki, bu yarışın tarixi məhz Bakıda başlayıb: “Məhz burada Avropa Oyunlarının atəşi alovlandı. Biz hər zaman azərbaycanlı qardaşlarımızın dəstəyini hiss edirik”. EOC rəhbərinin sözlərinə görə, Azərbaycan gələcəkdə də bu yarışın təşkilinə namizədliyini verə bilər: “Ölkədə bunun üçün çox güclü infrastruktur var. Bakıda keçirilən ilk Avropa Oyunlarını xatırlayıram, hər şey - arena, azarkeşlər əla idi. Azərbaycan dünya səviyyəli turnirlər təşkil etməklə hələ də ən yüksək zirvədədir. Ötən həftə burada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın ziyarət etdiyi taekvondo üzrə dünya çempionatı başa çatıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan istənilən yarışın öhdəsindən gələ bilər”.
O, IV Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin hələ müəyyənləşmədiyini söyləyib: "Bu məsələ gündəmdə qalmaqda davam edir. Azərbaycan yarışın təşkili ilə bağlı elə irs qoyub ki, sonrakı ev sahibləri ən azı Bakıdakı standartlara cavab verməyə çalışırlar". Kapralos deyib ki, III Avropa Oyunlarının proqramında dəyişiklik edilsə də, strategiya dəyişməz olaraq qalır: "3x3 basketbol və karatenin Bakının proqramına necə daxil edildiyini xatırlayıram. Hər iki növ sonradan Olimpiadanın bir hissəsi oldu. Buna görə də Avropa Oyunları bir çox növlərin özünü yeni səviyyədə ifadə etməsi üçün bir şansdır. Krakovda bir sıra idman növləri üzrə lisenziyalar, digərlərində reytinq xalları oynanılacaq ki, bu da Paris Olimpiadası ərəfəsində iştirakçılar üçün yaxşı köməkdir”. Avropa Olimpiya Komitələrinin prezidenti Azərbaycanın III Avropa Oyunlarında güclü komanda ilə təmsil olunacağını vurğulayıb: "Bilirəm ki, idmançılar yüksək yerlər uğrunda mübarizə aparacaqlar”. Kapralos Azərbaycan Badminton Federasiyasının 2022-ci ildə “Ədalətli Oyun Ruhu” nominasiyasında qalib gəlməsindən də danışıb: “Azərbaycan Badminton Federasiyasının Fair Play mükafatına layiq görülməsi böyük nailiyyətdir. Önəmli olan yalnız idman deyil. Həm də olimpiya dəyərləri və ideyalarını qoruyub saxlamaqdır. Azərbaycan Badminton Federasiyasını bu böyük uğur münasibətilə təbrik edirəm və ümid edirəm bu cür davam edəcəklər”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımı dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo