Usta cüdoçularımızın növbəti parlaq zəfəri
BOK
12.06.2023, 11:20
Komandamız Sloveniyada Avropa çempionu adını qazandı
Usta cüdoçular arasında keçirilən növbəti Avropa çempionatı Azərbaycan komandasının parlaq zəfəri ilə yadda qalıb. Yığmamız dörd gün davam edən yarışda 12 medal qazanıb. Çempionatın sonuncu günü komandamız üçün daha əlamətdar olub. Belə ki, 10 qat dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəblinin baş məşqçisi olduğu kişilərdən ibarət komandamız 30 yaşa qədər cüdoçular arasında Avropa çempionu olub. Veteranlarımız ilk görüşdə və yarımfinalda cüdoda zəngin ənənələri ilə fərqlənən Fransa komandalarını mübarizədən kənarlaşdırıblar. Həlledici görüşdə güclü Belçika yığmasına da 3:1 hesabı ilə üstün gələn cüdoçularımız çempionatın kubokuna və qızıl medallarına sahib çıxıblar.
Qeyd edək ki, yarışın ilk üç günündə keçirilən fərdi yarışlarda usta cüdoçularımız 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.
Komandamıza qızıl medalları Babək Hacıyev (M4, -60), Vüqar Budaqov (M4, -73 kq), Zülfüqar Hüseynov (M3, -81 kq) və Fərhad Rəcəbli (M7, -90 kq) qazandırıblar. Rəşid Şəmizadə (M1, -66 kq) və Vasif İbrahimov (M2, +100 kq) gümüş, Vüqar Babayev (M2, -66 kq), Məmməd Məmmədov (M1, -73 kq), Qurban Məmmədli (M1, +100 kq), Ruslan Əliyev (M2, +100 kq) və Qabil Qasımov (M6, +100 kq) isə bürünc medallara layiq görülüblər.
Xatırladaq ki, Avropa çempionatında böyük uğura nail olan usta cüdoçularımız yarışa paytaxtımızın ən müasir idman klublarından olan “Judo Club 2012”də hazırlaşıblar. Klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olan Azər Əsgərovun da adı çempionatda iştirak edəcək idmançıların siyahısına daxil edilsə da, son anda müəyyən səbəblərə görə o, yarışa gedə bilməyib. Lakin cüdoçularımızın çempionatda uğurlu çıxışı və parlaq qələbəsi üçün lazımi dəstək göstərib.
Komandamızın qələbəsini yüksək dəyərləndirəm “Judo Club 2012”nin direktoru Mübariz Cəfərov deyib ki, veteran idmançılar üçün hərtərəfli şərait yaradılıb. Onlar müntəzəm olaraq burada məşq edir, yarışlara hazırlaşırlar.
Qeyd edək ki, 37 ölkədən 657 idmançının iştirak etdiyi yarışda Azərbaycan komandası 35 cüdoçu ilə təmsil olunub. Veteranlarımızın Avropa çempionatında qazandığı bu nailiyyəti “Judo Club 2012”nin də növbəti uğuru hesab etmək olar. “Judo Club 2012” ailəsi olaraq, Azərbaycan komandasının qələbəsi ilə fəxr edir, cüdoçularımıza qarşıdakı yarışlarda uğurlararzulayırıq!
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımı dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo