Avropa birinciliyinin ilk günündə 5 medal

Avropa birinciliyinin ilk günündə 5 medal

Portuqaliyanın Odivelas şəhərində yeniyetmə cüdoçular arasında Avropa birinciliyi keçirilir. Turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. İlk yarış günü idmançılarımız üçün uğurlı alınıb. Belə ki, komandamızın üzvləri 4 qızıl və 1 bürünc medal əldə ediblər.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bürünc medala isə oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) sahib çıxıb.