Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. 44 ölkədən 344 (183 kişi, 161 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayırlar. Komandamız turnirdə 13 (10 kişi, 3 qadın) cüdoçu ilə əmsil olunur. Yarişin ilk günündə komandamız aktivinə bir bürünc medal yazdırıb. Yeganə medalı komandamıza 66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov qazandırıb. İdmançımız üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandax Bayanmunxa qalib gəlib.
“Böyük dəbilqə” turnirinin ilk günündə bürünc medal