Qadın badmintonçularımız III Avropa Oyunlarına uğursuz start verdilər

Qadın badmintonçularımız III Avropa Oyunlarına uğursuz start verdilər

Azərbaycan milli komandasının üzvləri Keişa Fatimə Zəhra və Era Maftuha tandemi Polşada keçirilən III Avropa Oyunlarında qadın badmintonçuların qoşa yarışında D qrupunda ilk görüşünü keçirib. Təmsilçilərimiz İspaniya badmintonçuları Beatriz Korallez-Klara Azurmendi cütlüyünə 0:2 (5-21,17-21) hesabı ilə məğlub olublar.