Ərəb dünyasına şəfəq saçıb, səhraya səpələnən ulduzlar
BOK
13.09.2023, 20:08
Yeni əyləncə, çoxlu pul yoxsa zəngin karyera?
Bu ilin yay transfer pəncərəsində qitənin ayrı-ayrı klubları elə də fəallıq nümayiş etdirmədilər. Əvəzində Asiya, xüsusilə Ərəb ölkələrinin, daha dəqiq desək, Səudiyyə Ərəbistanı klubları Avropada çıxış edən futbolçuları böyük məbləğ ödəməklə öz sıralarına qoşdular. Onların bəziləri karyeralarının sonunda yaxşı pul müqabilində bu təkliflərə imza atmağa razılıq verdilər. Əslində bu, Avropa futbolunda yeni ulduzların yetişməsinə birbaşa təsir edəcək. Yəni nəhəng klublarda dominant futbolçuların heyəti tərk etməsi ilə yeni simalar öz bacarığını nümayiş etdirmək imkanı qazanacaqlar. Bəs Səudiyyə Ərəbistanı komandaları dünyanın ən yaxşı futbolçularını öz çempionatlarına gətirməklə uğur əldə edə biləcəklər? Heç də inandırıcı deyil.
Görünür, şeyxlər bu layihəni əyləncə xatirinə həyata keçirirlər. Bəs milyonlar qazanan futbolçular sonradan hansı aqibətlə üzləşəcəklərinin fərqinə varırlar? Bir vaxtlar Çin, Hindistan və bir sıra ölkələr bu böyük layihəni reallaşdırmışdı. Amma nəticədə uğursuzluqlar baş verdi. Həmin ölkələrdə futbolun inkişafı tamamilə məhv oldu. Yəni heç bir bir səmərə vermədi. Bu, dünyanın ən yaxşı futbol mütəxəssislərinin fikirinə əsasən səslənən faktdır. Varlı ərəblərə isə bu, elə də qorxulu gəlmir. Əgər onların məqsədi sahibi olduqları klubların nüfuzunu ulduz futbolçuların sayəsində dünyaya tanıtmaqdırsa, onlar artıq buna nail olublar. Bu işin kəmiyyət tərəfidir. Bəs keyfiyyət? Şübhəsiz ki, karyeralarının qürub çağını keçirən futbolçular bir-birinin bəhsinə və dəbdəbəli həyat tərzini gözlərinin qarışısına gətirib, bu addımı atıblar. Bəs sonra? Məsələn, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avro müqabilində keçid edərək, tarixin “ən bahalı” futbolçusu statusunu ələ almışdı. Nəzər alaq ki, həmin pulu “Barselona”ya ödəyən də klubun ərəb sahibi Nasser əl-Xelafi idi. Neymar üçün bu qədər pul ödəməyin çox ağılasığmaz bir addım olmasını tezliklə hamı başa düşdü. Futbolçunun tez-tez zədələnməsindən və özünü braziliyalılara xas olan tərzdə, yəni yuxarıdan aparması onu nüfuzdan saldı. İş elə yerə çatdı ki, Xelafi də bunu başa düşdü. Amma gec idi. Vəziyyəti belə görən klub rəhbərliyi tezliklə ondan canını qurtarmaq qərarına gəldi. Lakin Avropada Neymara həmin məbləği vermək istəyən klub rəsmiləri tapılmadı. Ehtiyatda Səudiyyə Ərəbistanından olan varlılar gözləyirdilər. 25 yaşında PSJ-yə gələn Neymar 31 yaşında “Əl Hilal”a keçdi. Razılığa əsasən ona iki il ərzində 300-400 milyon avro maaş ödəniləcək. Yeri gəlmişkən ərəblərin transfer etdiyi futbolçular arasında ən bahalısı bu il yenə də Neymar oldu. “Sambaçı” “Əl-Hilal”ın hər qələbəsinə görə 80 min avro alacaq. Səudiyyə Ərəbistanını təbliğ etdiyi hər sosial media paylaşımına görə oyunçuya 500 min avro ödəniləcək. Bu cümlə yəqin ki, dediklərimizi təsdiq edir. Şeyxlər üçün futboldan əvvəl öz ölkələrinin təbliği əsasdır. Özündənrazı Neymar üçün bundan asan nə var ki? Bahalı telefonu ilə müxtəlif əyləncəli tədbirlərdə bir-iki şəkil çəkdirib, öz üzərinə düşən işin öhdəsindən mütləq gələcək. Bir vaxtlar dünyanın ən yaxşı futbolçularından olan həmyerliləri Ronaldinyo və Roberto Karlos məgər belə deyildi? Yazını təkcə Neymarla davam etdirmək fikrində deyilik. Nəzərə alaq ki, Ronaldo da “Əl-Nəsr”də çıxış edir. Ronaldonun məcburiyyətdən oraya keçməsi hamıya məlumdur. Məcburiyyət deyəndə ki, Avropada böyük nüfuz qazanıb, dünyanın ən yaxşılarından olan Ronaldonun şərtlərini heç bir komanda qarşılaya bilmədi. Madrid “Real”ında əla karyera quran portuqaliyalıya “dünya dar gəldi”. Ancaq Madriddən ayrılan Ronaldo “Yuventus” və “Mançester Yunayted”də həmin uğurları təkrarlaya bilmədi. İngiltərədə böyük qalmaqal səbəbindən bir müddət futbolsuz qalan Ronaldo yeni təkliflər sorağında oldu. Avropalılar ona yaxın getmədilər. Son ana qədər telefonun dəstəyi önündə “Real”dan ümid zəngi gözləsə də, klub prezidenti Florentino Perez onun nömrəsini yığmadı. Belə olduğu təqdirdə ərəblər böyük bir təkliflə onu “Əl-Nəsr”ə dəvət etdilər. Avropada bu klubla qiyabi tanış olan insanlar sarı rəngli formanı tanıdılar. Ərəblərə elə bu lazım deyildimi? Asiyada ortabab klub olan komanda Ronaldonun sayəsində sərhədləri aşdı. Lakin oyun tərzi ilə deyil, təbliğatı ilə.
Səudiyyə Ərəbistanı klublarına keçən futbolçular: Oyunçu Haradan Haraya Qiymət Neymar PSJ “Əl-Hilal” 90 mln Malkom “Zenit” “Əl-Hilal” 60 mln Ruben Neveş “Vulverhempton” “Əl-Hilal” 55 mln Aleksandr Mitroviç “Fulhem” “Əl-Hilal” 52,60 mln Fabinyo “Liverpul” “Əl-İttihad” 46,7 mln Serqey Milinkoviç-Saviç “Latsio” “Əl-Hilal” 40 mln Riyad Mahrez “Mançester Siti” “Əl-Əhli” 35 mln Sadio Mane “Bavariya” “Əl-Nəsr” 30 mln Jota Neveş “Seltik” “Əl-İttihad” 29,1 mln Emerik Laport “Mançester Siti” “Əl-Nəsr” 27,50 mln Allan Sent-Maksimen “Nyukasl” “Əl-Əhli” 27,2 mln Seko Fofana “Lans” “Əl-Nəsr” 25 mln Kalidu Kulibali “Çelsi” “Əl-Hilal” 23 mln Yasin Bono “Sevilya” “Əl-Hilal” 21 mln Merih Demiral “Atalanta” “Əl-Əhli” 20 mln Eduard Mendi “Çelsi” “Əl-Əhli” 18,5 mln Marselo Brozoviç “İnter” “Əl-Nəsr” 18 mln Yannik Karrasko “Atletiko” “Əl-Şabab” 15 mln Cordan Henderson “Liverpul” “Əl-İttifaq” 14 mln Frank Kessye “Barselona” “Əl-Əhli” 12,5 mln Jorjinyo Veynaldum PSJ “Əl-İttifaq” 8 mln Aleks Telles “Mançester Yunayted” “Əl-Nəsr” 7 mln Roberto Firmino “Liverpul” “Əl-Əhli” azad agent Kərim Benzema “Real” “Əl-İttihad” azad agent NQolo Kante “Çelsi” “Əl-İttihad” azad agent Çiprian Tataruşanu “Milan” “Abha” azad agent
Fransa yığmasının üzvü olan Kərim Benzema da ərəbləri sehrləndirən futbolçular sırasında yer alır. Madrid “Real”ında qazanmadığı mükafat qalmadıqdan sonra, əlcəzair əsilli futbolçu da ərəb dünyasına meyl edirdi. Bu məqam “Əl-İttifaq”ın diqqətindən yayınmadı və cəmi 25 milyon xərcləməklə Benzemanı azad agent kimi sıralarına cəlb etdilər. Görünür, Benzema artıq karyerasının sonunda daha yaxşı yaşamağı üstün tutur. Bu siyahını daha da artırmaq olar. İndi ərəb klublarında Sadio Mane, Sergey Milinkoviç-Saviç, NQolo Kante, Marselo Brozoviç, Riad Mahrez kimi futbolçular yer alıblar. Onların seçimi maddiyyat yoxsa yeni bir əyləncədir, bunu demək çətindir. Çoxları bunun cavabını bilir. Bu futbolçuların həmin ölkədə çıxışı ərəb şeyxlərinin maraqlarını kifayət qədər qarşılayır. Bəs adları çəkilən futbolçular ölkənin mühitinə və qayda-qanunlarına öyrəşməsələr, ən azı iki ildən sonra Avropa klubları onları qəbul edəcəkmi? Bunu zaman göstərəcək. Anar Əhmədov P.S. Kriştianu Ronaldo Səudiyyə Ərəbistanına yeni nəfəs gətirdi. Onun gəlişi ilə ulduzlar səhraya axışmağa başladı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ölkə üzrə yeni rekord
Bugün, 10:24 Su idman növləri
-
“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının üçüncü mərhələsi başlayıb
Bugün, 09:44 Velosiped
-
Misli Premyer Liqası: Növbəti turun oyun cədvəli müəyyənləşdi
11.05.2026, 23:42 Futbol
-
"Barselona" Fliklə razılığa gəldi
11.05.2026, 23:37 Futbol
-
FIFA Dünya Kuboku üçün xüsusi analiz qrupu yaratdı
11.05.2026, 23:25 Futbol
-
"Barselona"dan çempionluq paradı - FOTO
11.05.2026, 23:09 Fotoqalereya
-
Pəhləvanlarımız Avropa çempionatının finalında
11.05.2026, 22:54 Güləş
-
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
11.05.2026, 22:15 Taekvondo
-
Azərbaycanın qadın atıcıları Avropa çempionatında bürünc medal qazanıblar
11.05.2026, 21:57 Güllə atıcılığı
-
“Herta”nın gənc istedadı Dortmund yolunda
11.05.2026, 21:36 Futbol
-
Aivaz Omorkanov Qırğızıstan Milli Olimpiya Komitəsinin yeni prezidenti seçilib
11.05.2026, 20:35 Olimpiya dünyası
-
Beynəlxalq peşəkar MMA turnirində uğurlu nəticə
11.05.2026, 20:00 Olimpiya dünyası
-
Yelkənçilərimiz Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər
11.05.2026, 16:54 Su idman növləri
-
U-16 millimiz UEFA İnkişaf Turnirindəki sonuncu oyununda da məğlub oldu
11.05.2026, 15:58 Futbol
-
Azərbaycan atıcılarından Avropa çempionatında möhtəşəm uğur
11.05.2026, 15:48 Güllə atıcılığı
-
Şahmatçımız Buxarestdə ikinci oldu
11.05.2026, 15:34 Şahmat
-
Cüdo hakimlərimiz beynəlxalq turnirdə iştirak ediblər
11.05.2026, 15:26 Cüdo
-
Azərbaycan Kubokunda son 10 mövsümün rekordu
11.05.2026, 14:03 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin medalçıları mükafatlandırılıb
11.05.2026, 13:52 Velosiped
-
"Neftçi" və Türkiyə klubu arasında əməkdaşlıq imkanlarını müzakirə edilib
11.05.2026, 13:27 Futbol
-
Bakı–Xankəndi Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib
11.05.2026, 13:21 Velosiped
-
Beynəlxalq arenada növbəti uğur
11.05.2026, 10:03 Cüdo
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
11.05.2026, 08:05 Velosiped
-
"Barselona" "Real"a qalib gələrək çempionluğunu rəsmiləşdirdi
11.05.2026, 01:16 Futbol
-
Avropa çempionatında iştirak edəcək parataekvondoçularımız müəyyənləşdi
10.05.2026, 22:45 Taekvondo
-
Qoru sınağında 9 medal
10.05.2026, 22:36 Cüdo
-
"Neftçi" üç xalı üç qolla qazandı
10.05.2026, 22:33 Futbol
-
Çimərlik güləşçilərimizdən bir dəst medal
10.05.2026, 21:18 Güləş
-
Paraüzgüçümüzdən gümüş medal
10.05.2026, 20:43 Su idman növləri
-
"Turan Tovuz" avrokuboklara vəsiqəni təmin etdi
10.05.2026, 19:17 Futbol
-
Cüdoçumuzdan bir həftə ərzində iki medal
10.05.2026, 19:00 Cüdo
-
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
10.05.2026, 15:45 Velosiped
-
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
10.05.2026, 14:55 Futbol
-
“El-Klasiko" öncəsi statistik mənzərə: "Barselona" və "Real Madrid" arasında tarixi rəqabət
10.05.2026, 13:19 Futbol