Ölkəmizin beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
Onlar qadın həndbolçuların Avropa kuboku turnirinin ikinci mərhələsində Türkiyənin Bodrum şəhərində
keçirilən “Armada Praksis Yalıkavaspor” – “ADA do Sao Pedro Sul” matçına təyinat alıblar.
Qarşılaşma sentyabrın 23-də “Binnaz Karakaya İdman Arena”da təşkil ediləcək.