Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Noyabrın 23-də Bakıda keçiriləcək Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konqres iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Avropa Ədalətli Oyunlar Hərəkatı Konqresinin iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər