Ronaldo həmyerlilərindən danışdı

Ronaldo həmyerlilərindən danışdı

Bir vaxtlar “Milan”, “Real” və digər Avropa nəhənglərində çıxış etmiş ikiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo həmyerlilərinin Formula1-ə münasibətindən danışıb. O, qeyd edib ki, yeddiqat dünya çempionu Lyuis Hemiltonun onlara çox yaxındır. Amma onların «Aston Martin»in ehtiyat sürücüsü Felipe Druqoviçə ümidləri böyükdür. "Hemilton braziliyalıların ürəyində çox əzizdir. Felipe Druqoviç güclü perspektiv vəd edir. Braziliyalı pilotların hər biri bizim üçün doğmadır”, - deyə «F1oversteer» «GPBrazilF1» sosial şəbəkələrinə istinadən Ronaldodan sitat gətirir.

Xatırladaq ki, braziliyalı Druqoviç 2022-ci il mövsümünün Formula 2 üzrə çempionudur. 2023-cü ildə o, «Aston Martin»in sükanı arxasında bir neçə məşq və sınaq yürüşü keçirib.