Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edib.
Tennisçimiz sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.
Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Quluzadə 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib.
Həlledici oyunda isə stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.