"Judo Club 2012"nin üzvü Zelim Kotsoyev Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb. Klubdan verilən məlumata gorə -100 kq çəki dərəcəsində qüvvəsini sınayan Avropa çempionumuz üçüncü yer uğrunda həlledici görüşdə italiyalı Qennaro Pirelli üzərində qələbə qazanıb.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan komandasının heyətində Hidayət Heydərov (-73 kq) qızıl, Zelim Tçkayev (-81 kq) isə bürünc medal əldə edib.
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 84 ölkədən 506 (398 kişi, 208 qadın) cüdoçu mübarizə aparıb.