Kannavaro qapıçımızla eyni komandada?

Kannavaro qapıçımızla eyni komandada?

İtaliyalı mütəxəssis Fabio Kannavaro Türkiyənin "Adana Dəmirspor" klubuna namizəd olan əsas baş məşqçidir. Bu barədə "Sky Sport Italia" xəbər yayıb. 50 yaşlı Kannavaronun əvvəlki iş yeri İtaliyanın "Benevento"su olub və bundan əvvəl o, Çin və Səudiyyə Ərəbistanı klublarını çalışdırıb. O, həmçinin Çin millisinə də rəhbərlik edib.

Patrik Kluyvertin qovulmasından sonra komanda məşqçi axtarışına çıxıb. Qeyd edk ki, mili komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev karyeasını "Adana Dəmirspor"da davam etdirir. Onun komandası turnir cədvəlində beşinci yerdə qərarlaşır.