“MMA Fighting”in əldə etdiyi polis hesabatına görə, yüngül çəkidə keçmiş UFC çempionu Camal Hill (12-1) ilə qardaşı Ceyms arasında mübahisə yaranıb. Belə ki, Ceyms Camalı “Şükran Günü”ndə qızına yazmamaqda, qadınlara hörmətsizlik etməkdə və öz qızını tərk etməkdə günahlandırıb. Mübahisə zəminində Camal köynəyini çıxararıb, qardaşını vurub. Mübahisə şiddətə çevrilib. O, yenidən qardaşının sifətinə vurub və nəticədə yıxılıb huşunu itirib. Bu zərbədən Ceymsin dişi tökülüb, üzü şişib. Naməlum şahidin sözlərinə görə, hadisə baş verən zaman Camalın uşaqları otaqda olub, lakin döyüşçü ikinci zərbəni endirərkən qardaşının həyat yoldaşına toxunmayıb. Hadisədən sonra Camal Hill özünü günahkar hesab etmədiyini vurğulayıb.