Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirinin rapid yarışlarına yekun vurulub.
Turnirin mətbuat xidmətindən verilən məlumata görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə VII turun ilk gedişini Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov edib. 9 turdan sonra 11 xalı olan Azərbaycan şahmatçısı Aydın Süleymanlı yarış cədvəlinə başçılıq edir. Liderin ən yaxın izləyiciləri hindistanlı Arjun Eriqaisi, Vidit Santoş və Yorden Van Forestdir. Onların 10 xalı var.
Qeyd edək ki, dekabrın 11-də yarışda blits üzrə partiyalar oynanılacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən məlum olacaq.