MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi olub - FOTO
BOK
16.01.2024, 20:57
Yanvarın 16-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın təntənəli açılış mərasimi keçirilib. İlk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” 2022-ci ildə təsis olunub. Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyır.
İkinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilieva, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, festivalın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyəti barədə danışıb: "Bildiyiniz kimi,ilk "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsrolunmuşdu. Bu festival uğurla təşkil olunduğuna görə, qərara aldıq ki, festivalı iki ildən bir keçirək. Bu işdə televiziya kanalları, özəl studiyalar və yaradıcı kollektivlər fəallıq nümayiş etdirdilər. Onların sırasına yerli idman federasiyalarını da əlavə etdik. Bilirdik ki, onlar da bu sahədə kifayət qədər təcrübə toplayıblar. Əminik ki, ikinci festival da uğurla keçiriləcək. Festivalda münsiflər heyətitərəfindən yüksək qiymətləndirilən ilk üç film Bədən Tərbiyəsi və İdman Günündə mükafatlandırılacaq. Arzu edirəm ki, Azərbaycanı dünyada tanıdan, üçrəngli bayrağımızı qürurla dalğalandıran, himnimizi səsləndirən idmançılarımız haqqında bədii filmlər çəkilsin. İnanıram ki, tezliklə bu mövzuda bədii filmlər çəkiləcək və iki ildən sonrakı festivalda bədii film nominasiyasında da qalibləri müəyyənləşdirəcəyik”.
Tədbirdə ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov çıxış edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən Azər Əsgərov bu ənənənin bundan sonra davam edəcəyini bildirib. O, həmçinin MOK-un təşkil etdiyi film festivalının tərəfdaşı qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib.
Açılış mərasimində "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin üzvləri Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova (sədr), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, "Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov çıxış edərək, festivalın uğurlu olacağına inandıqlarını bildiriblər.
Sonra Milli Olimpiya Komitəsinin himninin yeni klipi nümayiş olunub. Tədbirdə tamaşaçılara birinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı” və festivalın tərəfdaşları sırasında yer alan "Cüdo Klub 2012” İctimai Birliyi haqqında tanıtım çarxı da nümayiş etdirilib.
Daha sonra tədbirdə müstəqil Azərbaycan Respublikasının Olimpiya çempionlarına həsr olunmuş "Olimpiya Odisseyası” sənədli filmlər silsiləsindən olan, 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçirilən I Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS Sport Media Awards) Festivalında, Avropa qitəsini təmsil edən və "TOP 10 Europe” adına layıq görülən, Olimpiya çempionumuz Toğrul Əsgərov haqqında çəkilmiş "Ərtoğrul” filmi nümayiş olunub.
MOK-un təsis etdiyi ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı "Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, МИР, İdman TV, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "olympic.az”, "olimpnews.az”, "Trend”, "milli.az”, "day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK