Premyer Liqa: Bu gün daha iki oyun keçiriləcək

Premyer Liqa: Bu gün daha iki oyun keçiriləcək

BOK

04.02.2024, 11:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyunları davam edir. Bu gün tur çərçivəsində daha iki oyunu keçiriləcək. Günün ilk oyunu "Sumqayıt" və "Neftçi" komandaları arasında olacaq.  Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun  saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. "Neftçi" 32 xalla ikinci, "gənclik şəhəri təmsilçisi" isə 31 xalla üçüncüdür.  Günün ikinci oyunu isə saat 17:30-da start götürəcək. Həmin oyunda "Zirə" və "Qəbələ" komandaları uz-uzə gələcək. "Qırmızı-qaralar" 14 xalla sonuncu-10-cudur. Qəsəbə təmsilçisi isə 30 xalla 4-cü yerdədir. 

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR