Boksçularımız “Drakula” beynəlxalq turnirində mübarizə aparırlar

Boksçularımız “Drakula” beynəlxalq turnirində mübarizə aparırlar

Olimpizm xəbərləri

12.02.2024, 11:00

Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında “Drakula” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda yığma komandamızın boksçuları da qüvvələrini sınayacaqlar.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda 15 boksçunu sınaqdan keçirəcək.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında isə 8 boksçumuz mübarizə aparacaq.

“Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edir.

Qeyd edək ki, yarışın final döyüşləri fevralın 17-18-də keçiriləcək.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR