Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir

Yüksək Liqa: \"Azərreyl\" liderliyini davam etdirir

BOK

22.02.2024, 22:42

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.  Bu gün “Murov Az Terminal” voleybol klubunun  idman zalında  “Azərreyl” və MOİK klubları üz-üzə gəlib. İlk setdən təşəbbüsə yiyələnən “Azərreyl” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, “Azərreyl" 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

​​

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR