Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Boks Federasiyasına yeni vitse-prezident seçilib

Azərbaycan Boks Federasiyasının yeni vitse-prezidenti müəyyənləşib.

Bu barədə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qurumun ümumi yığınacağı zamanı səsvermə nəticəsində bu vəzifəyə Vasif İsmayılov seçilib.

İş adamı olan V.İsmayılov uzun illərdir diaspora sahəsində fəaliyyət göstərir.