Mbappenin transferinə mane olmaq üçün son addım

Mbappenin transferinə mane olmaq üçün son addım

Qətər əmiri Təmim bin Həməd Al Tani PSJ-nin hücumçusu Kilian Mbappeyə yeni müqavilə təklif etməyə çalışır.

Məqsəd futbolçunun Madrid «Real»ına keçməsinə mane olmaq, onu fikrindən daşımaqdan ibarətdir. Bu barədə LÉquipe nəşri xəbər yayıb.

Xatırladaq ki, 25 yaşlı Kilian Mbappenin "Real"la müqaviləsinin həll olunduğu bildirilir. Müqavilə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. «Kral klubu» yaxın həftələrdə Mbappenin transferini başa çatdırmaq istəyir. Fransalı futbolçunun transferini yalnız mövsüm başa çatdıqdan sonra elan edəcək.