Əfsanəvi basketbol şərhçisi Vladimir Qomelski tarixin ən yaxşı və ən pis Olimpiya oyunlarının adlarını açıqlayıb. “Məncə, ən yaxşı təşkil olunmuş olimpiada 1998-ci ildə Naqanoda olub. Amma atmosfer və xidmət baxımından dəhşətli idi. Atmosfer baxımından ən yaxşısı, mənə elə gəlir ki, bizim olimpiadalarımız idi - Moskva və Soçi. Sidney Olimpiadası da çox qonaqpərvər keçmişdi. Ən pisi isə Atlantadakı Olimpiada idi…”, - Qomelski öz saytında yazıb.
Xatırladaq ki, Olimpiya Oyunları 1996-cı ildə Atlantada keçirilib. Oyunlar zamanı iki nəfər terror aktında həyatını itirib.