"Judo Club 2012"nin üzvləri Zaqrebdə
Olimpizm xəbərləri
25.04.2024, 21:31
Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.
2024-cü ilin əsas idman hadisələrindən biri olan qitə çempionatı Avropa Cüdo İttifaqının 75 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər proqramı çərçivəsində keçirilir. Yarışın ilk günü EJU (Avropa Cüdo İttifaqının) uşaq düşərgəsinin açılışı ilə başlayıb. 1100 ölkədən 30-dan çox uşaq öyrənmək və biliklərini bölüşmək üçün üç gün ərzində bir araya gəlib. Onların arasında hazırda uğurlarına görə təkcə ölkəmizdə deyil, digər ölkələrdə də şöhrət qazanmış "Judo Club 2012" klubunun nümayəndələri də var. Belə ki, "Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında klubun beş cüdoçusunun düşərgədə iştirakına şərait yaradıb. Klubun idmançıları bu gün dünya nəhənglərinin çıxışlarını yaxından izləməklə yanaşı, həmçinin öz təcrübələrini də artırırlar. Bu düşərgə onların gələcək karyeralarında uğurlar qazanmaq üçün önəmli rol oynayacaq. Zaqrebde keçirilən bugünki tədbirlərdə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Totun şəxsi dəvəti ilə “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov da iştirak edib. Azər Əgərov Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyini qeyd edən ölkəmizin cüdoçularının şərəfli yol keçdiklərini və indi də bugünkü gənclər üçün bu yolu davam etdirdiklərini vurğulayıb. Cüdo ustası yığma komandamızın üzvlərinin Zaqrebdə parlaq nəticələr qazanacağına ümidvar olduğunu bildirib. Qeyd edək ki, aprelin 25-də start götürən Avropa çempionatında 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçu qüvvəsini sınayır. Yarışda 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunan yığma komandamızın heyətində "Judo Club 2012"nin iki üzvü - Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) də yer alıb. Avropa çempionatının fərdi yarışlarına aprelin 27-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika
-
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
09.10.2026, 15:10 Su idman növləri
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
09.10.2026, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
09.10.2026, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
09.10.2026, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
09.10.2026, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
09.10.2026, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
09.10.2026, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
09.10.2026, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo