İspaniyalı tennisçi Olimpiya Oyunlarından danışdı   

İspaniyalı tennisçi Olimpiya Oyunlarından danışdı   

Dünyanın üçüncü raketkası, ispaniyalı tennisçi Karlos Alkaras həmyerlisi Rafael Nadal ilə Paris-2024 Yay Olimpiya Oyunlarında qoşa yarışlarda iştirakın mümkünlüyündən danışıb.

“Biz bunu müzakirə etməmişik. Mən onunla son turnirlərdə tanış olmuşam. Bizim birlikdə həmin yarışlarda iştirakımız maraqlı olar. İlk dəfə olaraq olimpiada həyəcanını yaşayacağam. Tərəf müqabilim Rafael Nadal olsa, bizi məğlub edən tapılmaz”, - deyə Marca ispaniyalı tennisçinin sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, 20 yaşlı Alkaras iki Böyük Dəbilqə turnirinin (US Open 2022 və Uimbldon-2023) və 13 ATP fərdi turnirinin qalibidir. 37 yaşlı Nadal isə karyerası ərzində 22 Böyük Dəbilqə titulunu qazanıb. O, ümumilikdə 92 titulun sahibidir. O, fərdi yarışlarda Pekin-2008 Olimpiadasının qalibidir. Rio-2016-da qoşa yarışlarda qızıl medala yiyələnib.