“Raquf Orucov Kuboku” uğrunda V beynəlxalq komanda yarışı keçiriləcək
Olimpizm xəbərləri
26.04.2024, 18:02
Aprelin 30-da Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən digər şəhidlərimizin xatirəsinə həsr edilən V beynəlxalq “Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək ənənəvi turnirdə 21 yaşadək (U-21) cüdoçulardan ibarət komandalar iştirak edəcək. Beynəlxalq turnirdə yerli komandalarla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Şəxsi Neytral İdmançılar (Rusiya) və Gürcüstanı təmsil edən 15 komanda mübarizə aparacaq. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir. Turnirin açılış mərasimi aprelin 30-da saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir. Qeyd edək ki, “Raquf Orucov Kuboku” turniri Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Yarışlar həmin il və 2018-2019-cu illərdə U-21 yaş qrupu üzrə komanda şəklində təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra ötən il bərpa edilən sayca dördüncü beynəlxalq turnirdə isə iştirakçılar ilk dəfə olaraq komanda deyil, fərdi qaydada mübarizə aparıblar. Turnir Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq. Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika
-
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
09.10.2026, 15:10 Su idman növləri
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
09.10.2026, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
09.10.2026, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
09.10.2026, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
09.10.2026, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
09.10.2026, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
09.10.2026, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
09.10.2026, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo