Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilib
Olimpizm xəbərləri
05.05.2024, 15:15
Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2024” keçirilib. 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunan Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır və hər il də kütləviliyi, yaşından asılı olmayaraq müxtəlif ölkələrdən iştirakçıları ətrafında toplamaqla seçilir. Budəfəki marafona 18 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib. Yarışda 18 yaşdan yuxarı şəxslər iştirak edir.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar da yer alıb. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışıblar.
Marafon birincilik uğrunda yarışla yanaşı, həm də iştirakçılarda yaratdığı gözəl əhvali-ruhiyyə ilə yaddaqalan olur. İştirakçılar bu il də yarışa böyük marağı, yarışa xüsusi hazırlıqları ilə seçilirdi.
“Küləyə qalib gəl” şüarı ilə 7-ci dəfə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edib.
Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.
Kişilərin mübarizəsində isə türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutub.
İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
21.07.2026, 18:14 Gündəm
-
Milli Paralimpiya Komitəsi və "Neftçi" İdman Klubunun rəhbərliyi əməkdaşlıq perspektivlərini müzakirə edib
21.07.2026, 18:03 Olimpiya dünyası
-
“Liv Bona Dea Arena”nın ot örtüyü yenilənir
21.07.2026, 17:42 Futbol
-
Millimizin oyunlarının təqvimi açıqlanıb
21.07.2026, 17:22 Futbol
-
"Şalke 04" mövsümə mənfi göstərici ilə başlaya bilər
21.07.2026, 15:46 Futbol
-
"Barselona"nın futbolçusu Madrid "Real"ının transfer siyahısında
21.07.2026, 15:36 Olimpizm xəbərləri
-
FIFA Paredes barədə yekun qərarını açıqladı
21.07.2026, 15:22 Futbol
-
Millinin qapıçısı “Zirə”yə keçib
21.07.2026, 15:13 Futbol
-
Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olundu
21.07.2026, 14:05 Futbol
-
Sofiyadan 4 medal
21.07.2026, 10:40 Su idman növləri
-
"Sabah" Çempionlar Liqasında növbəti oyununa çıxacaq
21.07.2026, 10:11 Futbol
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
20.07.2026, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
20.07.2026, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
20.07.2026, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
20.07.2026, 13:36 Müsahibə
-
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
20.07.2026, 13:26 Olimpizm xəbərləri
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
20.07.2026, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
20.07.2026, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
20.07.2026, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
20.07.2026, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
20.07.2026, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
20.07.2026, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
20.07.2026, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
20.07.2026, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
20.07.2026, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
20.07.2026, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol