Paris-2024: Futbol yarışlarının bütün iştirakçıları müəyyənləşdi

Paris-2024: Futbol yarışlarının bütün iştirakçıları müəyyənləşdi

Qvineya komandası Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək futbol turnirinə son vəsiqənin sahibi olub.

Mayın 9-da Qvineya yığması pley-off qarşılaşmasında İndoneziya millisinə 1:0 hesabı ilə qalib gələrək, bu uğura sahib çıxıb. Bununla da Qvineya futbolu Mexiko-1968-dən sonra ikinci dəfə olimpiadada iştirak edəcək.

Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının futbol turnirində Argentina, Dominikan Respublikası, Misir, Fransa, İraq, İsrail, Yaponiya, Mali, Mərakeş, Yeni Zelandiya, Paraqvay, İspaniya, Ukrayna, ABŞ və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.