İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku turniri keçirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 21 ölkədən 341 (212 oğlan, 129 qız) cüdoçunun mübarizə apardığı yarışda yığma komandamızın da üzvləri qüvvəsini sınayıblar.
Yarışda 14 oğlan cüdoçu ilə təmsil olunan komandamız turniri 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. Təmsilçilərimizdən Süleyman Şükürdov (-81 kq) və Kənan Nəsibov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Əli Hacızadə (-81 kq) ikinci, Məhəmməd Musayev (-66 kq), Aydın Rzayev (-73 kq) və Şamil Tuncay (-90 kq) isə üçüncü yerə sahib çıxıb.
Beləliklə, yarışı 6 medalla başa vuran cüdoçularımız komanda hesabında üçüncü yeri tutub.