Naxçıvanda keçirilən kros qaçışında 700-dən çox insan iştirak edib
BOK
27.05.2024, 10:50
Naxçıvan Muxtar Respublikasının gənclər və idman, ekologiya və təbii sərvətlər nazirlikləri və Naxçıvan Atletika Federasiyasının təşkilatçılığı, "RTN Groups" və "Badamlı Mineral Sular" MMC-nin sponsorluğu ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş 5500 metr məsafəyə kros qaçışı keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan kütləvi idman tədbirində müxtəlif yaş kateqoriyalarına mənsub 700-dən çox insan iştirak edib.
Yarışın açılış mərasimində müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda xidmətləri olan görkəmli şəxsiyyətlərin, bu yolda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Yarışın məqsədi və əhəmiyyəti, eləcə də hərəkət marşrutu haqqında məlumat verildikdən sonra mübarizəyə start verilib. İştirakçılar Naxçıvan Mərkəzi Xəstəxanasının önündəki start xəttindən başlayaraq Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələri ilə hərəkət edərək finişə – Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkınadək olan məsafəni qət ediblər.
“Atletlər” kateqoriyasında Əmrah Nağıyev və Nilufər Quliyeva, “həvəskarlar” kateqoriyasında isə Mahir İbrahimovla, Nurgül Seyidli birinci olublar. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Həvəsləndirici yer sahibləri və nominasiya qalibləri fəxri fərmanla təltif ediliblər.
Mükafatları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin humanitar və sosial məsələlər üzrə məsul şəxsi Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, ekologiya və təbii sərvətlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Xanlar Mustafayev, şəhid anaları və “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov təqdim ediblər.
Qeyd edək ki, kross qaçışının təşkilində məqsəd insanların sağlam həyat tərzinə yönəldilməsinə, ekosistemin qorunmasına və idmanın əhali arasında təbliğinə töhfə verməkdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları