Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları müəyyənləşib

Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin iştirakçıları müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, yarışda Azərbaycan, Polşa, İtalya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barcelona Panthers" (İspaniya), "Warsaw Lotto" (Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, Qəbələdəki yarış builki Dünya Qadın Seriyasının sayca 3-cü mərhələsi olacaq. Turnir iyunun 2-3-də təşkil olunacaq.