Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında

Boksçumuz Olimpiya lisenziyasının bir addımlığında

Tailandın paytaxtı Banqkokda keçirilən boks II Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumta görə, yarışda iştirak edən boksçumuz Şamil Əsgərov növbəti döyüşünü keçirib. 57 kq-da mübarizə aparan boksçu 1/8 finalda Kaleb Tiradonu (Puerto Riko) sınağa çəkib. Görüşü 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30) hesablı qələbə ilə başa vuran idmançımız 1/4 finala vəsiqə qazanıb.

Boksçumuz 1/4 finalda Munarbek Seyitbek Uulu (Qırğızıstan) ilə döyüşəcək. Görüş mayın 31-də təşkil olunacaq.

Qeyd edək ki, bu gün 1/16 final çərçivəsində Alfonso Dominqes (92 kq) və Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.