Polşanın paytaxtı Varşavada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın sərbəst güləşçiləri müəyyənləşib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi 86 kq) və Abubakr Abakarov (92 kq) təmsil edəcəklər.
Sərbəst güləş üzrə yarış iyunun 22-23-də keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq.
Turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.
Qeyd edək ki, yarışlar iyunun 19-dan 23-dək davam edəcək.