İyunun 23-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə Gürcüstanın Batumi şəhərində yeniyetmələr arasında Dünya Kubokuna start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnir 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar arasında keçiriləcək.
Azərbaycan Dünya Kubokunda məşqçi Fərid Abbasovun rəhbərliyi altında 14 şahmatçı ilə təmsil olunacaq.
Dünya Kubokuna iyulun 3-də yekun vurulacaq.