Çingiz Hüseynzadə: “İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək”

Çingiz Hüseynzadə: “İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək”

Bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında MOK-un təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA şirkətinin dəstəyi iləParis-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir zamanı çıxışında deyib.

Parisə böyük komanda ilə yola düşəcəklərini qeyd edən Çingiz Hüseynzadə atletlərimizin Vətənə ən azı 9-10 medalla dönəcəklərərinə inandığını bildirib.

“Olimpidaya 48 nəfər idmançı ilə yollanacağıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. Paris-2024-də iştirak edəcək bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Olimpiya Oyunları təmsilçilərimiz üçün uğurlu keçəcək, medal sayı çox olacaq”, - deyə Çingiz Hüseynzadə bildirib.

İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq.