Azərbaycanın iki karateçisi Qazaxıstanın Astana şəhərində keçirilən “Kazakhstan Open” turnirində fəxri kürsüyə qalxıb.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 61 kq çəki dərəcəsində çıxış edən Oksana Nakoneçna gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Böyüklərin yarışında da fərqlənməyi bacaran idmançı bu dəfə üçüncü yerin sahib olub.
76 kq-da mübarizə aparan Rəşid Süleymanov isə 16-17 yaş kateqoriyasında gümüş medala layiq görülüb.