Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) rəqibləri arasında dəyişiklik olub.
Dünya Güləş Birliyinin rəsmi saytında yer alan xəbərə görə, rusiyalı güləşçi Şamil Məmmədov yarışa qatılmaqdan imtina edib. O, Olimpiadada neytral statusda çıxış etmək istəməyib.
Ş.Məmmədovu moldovalı güləşçi Maksim Sakultan əvəzləyib.
Qeyd edək ki, Paris Olimpiadasında ümumilikdə 97 sərbəst güləşçi medallar uğrunda mübarizə aparacaq. Onlar 6 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər. Azərbaycan millisi turnirdə bütün çəkilərdə təmsil olunacaq. Sərbəst güləş yarışları avqustun 8-dən 11-dək keçiriləcək.