Paris:2024:  Azərbaycan medal sıralamasında 15-cidir

Paris:2024:  Azərbaycan medal sıralamasında 15-cidir

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Oyunlarındakı medal sıralamasında 15-ci pillədə qərarlaşıb.
Komandamızın aktivində hazırda bir qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarının üçüncü günündə mübarizə aparan Hidayət Heydərov (+73 kq) qazandırıb.
Azərbaycanla yanaşı, Rumıniya və Özbəkistan komandaları da bir qızıl medalla 15-ci sırada yer alıb.
Medal sıralamasına isə aktivində 6 qızıl, 2 gümüş və 4 bürünc medalla Yaponiya komandası başçılıq edir. Meydan sahibi Fransa (5 qızıl, 8 gümüş və 3 bürünc) ikinci, Çin (5 qızıl, 5 gümüş, 2 bürünc) üçüncü yerdədir.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.